Əmr gecə saatlarında gəlib: Türk ölkəsi belə xaosa sürükləndi - Türkiyədəki səfirdən ŞOK İDDİA
“Qazaxıstanda xaos yaratmaq üçün xüsusi qruplar ortaya atıldı və hadisələr hazırlanmış plan üzrə getdi”.
Metbuat.az xəbər verir ki, Qazaxıstanın Türkiyədəki səfiri Abzar Saparbekuly belə açıqlama verib. O bildirib ki, təxribatçı qrup silah anbarlarına girərək, silahları ələ keçirib və onları nümayişçilərə verib. Səfirin iddiasına görə, həmin qruplar həmçinin insanları mağazaları talan etmək üçün təhrik edib:
“Bəzi tələblərlə başlayan aksiya əvvəlcə dinc keçirildi. Bəzi nümayişçilər həqiqətən xoş niyyətlə iqtisadi şərtlərə etiraz etmək üçün küçələrə çıxmışdı. Lakin nümayişlər daxili və xarici qüvvələrin əli ilə xaosa çevirilərək terror hadisələrə sürükləndi. Hadisələrin istiqaməti fərqli ölkələrdə təlim keçən təxribatçılar tərəfindən dəyişdirildi. Yanvarın 4-nə qədər aksiyalar dinc xarakterli idi. Yanvarın 4-də gecə verilən əmrlə hər şey fərqli məcraya yönəldi”.