Ərdoğan Putinə səfirin qətlinin istintaqı barədə məlumat verdi
Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
Modern.az saytının Kremlin mətbuat xidmətinə istinadən xəbərinə görə, Ərdoğan Putinə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı aparılan istintaqın gedişi barədə məlumat verib.
Həmçinin Rusiya və Türkiyə hüquq-mühafizə orqanlarının və xüsusi xidmət orqanlarının bu məsələyə dair sıx koordinasiyası qeyd olunub.
Liderlər həmçinin Suriya münaqişəsinin həlli yollarını da müzakirə ediblər. Hər iki tərəf Hələbdə əməliyyatların uğurlu nəticəlnməsinə görə məmnunluğunu ifadə edib.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Çağdaş Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb. Onu qətlə yetirən polis məmuru Mövlud Mert Altıntaş isə zərərsizləşdirilib.