Tanınmış kriminal avtoritet Qazaxıstana uçdu, etirazçılar qarşısında çıxış etdi - VİDEO
Kriminal aləmdə "Arman Dikiy” kimi tanınan avtoritet Arman Cumageldiyev Qazaxıstana uçaraq etirazçılardan təxribatçılara qulaq asmamağı, soyğunçuluq və iğtişaşları dayandırmağı xahiş edib.
Azia.az xəbər verir ki, o, bu barədə Almatı küçələrində çıxışında bildirib.
"Arman Dikiy” insanları dinc aksiyalara çağırıb.
Onun sözlərinə görə, iğtişaşlar zamanı insanlar ölür, talançılar iş başına keçir, lakin qazax etirazçılar hakimiyyətə öz tələb və iddialarını bildirmirlər.
O qeyd edib ki, etirazçılar arasında araq və narkotik paylayan təxribatçılar var, küçələrdə insanlar qumbaraatan və odlu silahlarla silahlanıb:
"Bu mitinqdir? Bu xaos, anarxiyadır!”
Xatırladaq ki, Arman Cumageldiyev hazırda Türkiyədə yaşayır. O, avqustun 20-də Antalyada güllələnən "Lotu Quli” ləqəbli avtoritet Nadir Səlifovun ən yaxın dostlarından sayılırdı.