1 həftə əvvəl həbs edilən kriminal avtoritet öldü
Azərbaycanda bir həftə əvvəl həbs edilən "Diska Nəriman" ləqəbli kriminal avtoritet Nəriman Qurbanəliyev vəfat edib.
Saxlanıldığı müəssisədə "Diska Nəriman"ın vəziyyəti qəfildən pisləşib və o təcili xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, bir həftə əvvəl Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan Zaqatala rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, kriminal aləmdə "Diska Nəriman" kimi tanınan Nəriman Qurbanəliyevdən metamfetamin ("patı”) götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.