Türkiyədə bank işçisindən inanılmaz dələduzluq - Pullar azərbaycanlı iş adamının hesabına köçürüldü
İstanbulda 3 nəfər banklarda unudulmuş pulları saxta sənədlərlə öz hesablarına köçürüb. Əməli törətdiyi iddia edilən şəxslər arasında Funda Y. adlı 24 illik bank işçisi də var.
32gun.az xəbər verir ki, özəl bankın şikayətləri əsasında prokurorluq araşdırmalara başlayıb. İddiaya görə, dəstə üzvləri xüsusilə yaşlı və əcnəbi vətəndaşların hesablarındakı külli miqadarda əmanətləri hədəfə alıblar.
Baş Prokurorluqdan bilirilir ki, Funda Y.-nin bəzi hesablar üzərində sıx sorğulama aparması baş idarədəkilərin diqqətini çəkib. Araşdırmalar nəticəsində bəlli olub ki, Funda Y.-nin sorğulamalar apardığı 26 nəfərin heç biri onun işlədiyi filialın müştəriləri deyil. Rəsmilər xüsusilə 3 nəfərin hesabı ilə bağlı gərgin sorğulama aparıldığını diqqətə çatdırıblar.
Bank rəhbərliyi bu əməli törədən şəxlər Funda Y., Cem A. və Erdal C. A. və vəkil Hümeyra N.Y.-yə qarşı cinayət işi qaldırıb.
Funda Y.-nin törətdiyi əməllərin üstü açıldıqdan sonra, o, işdən uzaqlaşdırılıb. Hadisə ilə bağlı cinayət işi başladılıb. İstintaq zamanı ifadəsi alınan Funda "Mən heç bir qanun pozuntusuna yol verməmişəm" deyib. Cem A. isə icra prosesini həyata keçirən iki şirkətdən birinin azərbaycanlı iş adamına aid olduğnu deyib. Digərini isə dəstə üzvlərindən olan Erdal C.A-ya verdiyini qeyd edib. Erdal C. A.-nın ifadəsinin hələ ifadəsi alınmadığı bildirilir.