Lukaşenkodan qazax etirazçılarına inanılmaz təklif: “Diz çökərək, üzr istəyin…”
Belarus prezidenti Aleksandr Lukaşenko Qazaxıstanda etirazçıları hərbçilərdən üzr istəməyə və hakimiyyətlə danışıqlar aparmağa çağırıb.
“Mən belarusların adından bu etirazçılara müraciət etmək istərdim. Onlara sadəcə olaraq bunu deyərdim: bir az hay-küy salmısınız, qışqırmısınız, bəsdir, danışıqlar aparmaq lazımdır. Siz (Qazaxıstan prezidenti Kasım-Jomart) Tokayevlə razılaşa bilərsiniz… Gedib diz çöküb hərbçilərdən üzr istəmək lazımdır ki, əmələ gələn çatlar düzəlsin”, – Lukaşenkonun mətbuat xidmətinə yaxın olan “Pul Pervoqo” Telegram-kanalı onun sözlərindən sitat gətirir.