Lukaşenkodan İslam dünyasına mesaj
“İslam dünyası planetdə sabitliyin və təhlükəsizliyinin dayağı olar bilər”. Bu sözləri İstanbulda İslam Əməkdaşlığı Təşkilatının XIII Sammitində çıxışı zamanı Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Tamamilə aydındır ki, hazırda konturları çətinliklə formalaşan çoxqütblü dünyanın müsəlmanlarsız qurulması mümkünsüzdür”, - deyə Lukaşenko qeyd edib.
“Digər geosiyasi oyunçularla yanaşı islam dünyası planetdə sabitliyin və təhlükəsizliyinin dayağı, mütərəqqi və dayanıqlı inkişafın təkanverici qüvvəsi ola bilər”, - deyə Belarus prezidenti qeyd edib.
Lukaşenko ümumi əhalisinin 1 mlrd nəfərdən çox olan 57 dövləti özündə birləşdirən İƏT-in nəhəng potensialını xüsusi qeyd edib: “Bu potensialın açılmasının yolu müsəlman dünyasında birliyə nail olmaq, daxili ixtilafları adlamaqdadır”.