azia.az
azia.az

Putin “Mercedes”in sükanı arxasına keçib Lukaşenkonun dalınca getdi

29-12-2021, 22:34

Cari ildə Rusiya-Belarus İttifaq dövlətinin inkişafında mühüm addım atılıb. Bunu Sankt-Peterburqda belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüş zamanı Rusiya prezidenti Vladimir Putin deyib.
Putin “Mercedes”in sükanı arxasına keçib Lukaşenkonun dalınca getdi
Üç saat davam edən görüş zamanı Putin qeyd edib ki, iki ölkə bu istiqamətdə maliyyə, vergi, gömrük və fiskal qanunvericiliyə aid məsələlərdə də razılığa gəliblər.

Rusiya prezidenti Rusiya və Belarus hökumətlərindən olan həmkarlarına təşəkkür edərək, qarşılıqlı fəaliyyətin həyata keçirilməsi üçün ciddi planların nəzərdə tutulduğunu qeyd edib.

“Ümid edirəm ki, qarşıdan gələn 2022-ci ildə də biz səmərəli əməkdaşlıq edəcəyik”, - deyə dövlət başçısı yekunlaşdırıb.

Aleksandr Lukaşenko öz növbəsində Minskə xarici təzyiqlər fonunda respublikanı dəstəklədiyinə görə Rusiya liderinə minnətdarlığını bildirib.


Rusiya prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, onların arasında təkbətək danışıqlar başlayıb. Danışıqlar Konstantinovsk sarayında keçirilir. Gözlənilirdi ki, prezidentlər Belarus-Rusiya münasibətlərinin aktual məsələlərini, o cümlədən müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi