azia.az
azia.az

Putin Ərdoğan haqqında: Sözünə etibar edilə biləcək liderdir - ŞƏRH

30-12-2021, 18:02

Putin Ərdoğan haqqında: Sözünə etibar edilə biləcək liderdir - ŞƏRH
“Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan haqqında dediyi “sözünə etibar edilə biləcək liderdir” sözləri 2021-ci ildə iki ölkə arasındakı əlaqələrin simvolu idi”.

Metbuat.az xəbər verir ki, Rusiyanın Siyasi Araşdırmalar İnistutunun direktoru, Dumanın keçmiş millət vəkili Sergey Markov belə deyib. O bildirib ki, iki ölkə arasında bəzi məsələlərdə fikir ayrılığı olsa da, ümumilikdə liderlər problemlərin öhdəsindən gələ biliblər. Sergey Markov bildirib ki, Suriya və Liviyada tərəflər fikir ayrılığı yaşasa da, ümumi məsələlərdə dil tapıblar. Markovun sözlərinə görə, Rusiya və Türkiyəni bir-birinə bağlayan önəmli layihələr var.

“Enerji məsələsində Türkiyənin Avropa kimi narahat olmasına ehtiyac yoxdur” - deyə Markov ifadə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi