BMT-nin baş katibi dünya əhalisinin peyvənd olunması ilə bağlı təcili tədbirlər görməyə çağırıb
Bu ilin sonunadək dünya əhalisinin 40%-nin koronavirusa qarşı peyvənd edilməsi məqsədinə nail olmaq üçün ölkələr yaxın günlərdə konkret tədbirlər görməlidir.
Məlumata görə, bu barədə ilin yekunlarına görə mətbuat konfransında BMT-nin baş katibi Antonio Quttereş bildirib.
Baş katib qeyd edib: "Ölkələr yaxın günlərdə Ümumdünya Səhiyyə Təşkilatının ilin sonuna qədər dünya əhalisinin 40%-nin peyvənd edilməsi hədəfinə doğru daha çox irəliləyiş əldə etmək üçün konkret tədbirlər görməlidirlər. Və 2022-ci ilin ortalarına qədər bütün ölkələrdə [əhalinin] 70%-ni peyvənd etmək səylərində daha fəal olmalıdırlar".
Onun sözlərinə görə, indiki templə Afrika yalnız 2024-cü ilin avqustuna qədər əhalinin 70%-nin peyvəndlənməsinə nail ola biləcək:
"Hazırkı templə Afrika 2024-cü ilin avqustuna qədər 70 faiz həddinə çata bilməyəcək. Peyvəndlərin [paylanmasındakı] qeyri-bərabərliyi [virusun] variantlarını nəzarətdən çıxmağa şərait yaradır. Fəaliyyətlərin əlaqələndirilməsi olmadan pandemiyaya qalib gələ bilməyəcəyik".Day.az