Qonşu ölkədə ev heyvanı sağlamaq qadağan edilir
İranda ev heyvanı sağlamaq qadağan edilir.
İran parlamenti xalqı narahat etdiyini və ətrafı şirkləndirdiyini əsas gətirərək ev heyvanı saxlamağı qadağan etməyə hazırlaşır.
Sözügedən qanun layihəsi İranda heyvansevərlər tərəfindən birmənalı qarşılanmayıb.
İranda hazırlanan yeni qanun layihəsində timsah, ilan, kərtənkələ, siçan, meymun, tısbağa, dovşan, it və pişik kimi heyvanların alınmasının, satılmasının, daşınmasının və evdə saxlanılmasının qadağan edilməsi nəzərdə tutulur.
Kənd yerləri və mal-qara saxlanılan kəndlər qadağanın əhatə dairəsindən çıxarılsa da, qadağaya əməl etməyənləri böyük cərimələr gözləyir.
2019-cu ildə İranın paytaxtı Tehranda küçədə it gəzdirmək qadağan olunmuşdu.(olke)