azia.az
azia.az

Dünya ŞOKDA: Daha bir Mi-17 helikopteri qəzaya uğradı - Ölənlər var

9-12-2021, 13:43

Dünya ŞOKDA: Daha bir Mi-17 helikopteri qəzaya uğradı - Ölənlər var
Peruda helikopter qəzası baş verib.

Metbuat.az xəbər verir ki, Mİ-171SH hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 əsgər həlak olub. Məlumata görə, Limadan havaya qalxan helikopter, Pukalpa şəhəri istiqamətində uçarkən, Uaroçiri vilayətində qəzaya uğrayıb. Peru prezidenti Pedro Kastillo hadisə ilə bağlı başsağlığı mesajı yayımlayıb. Hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, ötən gün Hindistan ordusuna məxsus Mi-17 helikopteri qəzaya uğrayıb. Nəticədə Baş Qərargah rəisi Bipin Ravat və daha 12 hərbçi həlak olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi