azia.az
azia.az

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb: Ölənlər var - YENİLƏNİB

18-04-2017, 14:56

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb: Ölənlər var - YENİLƏNİB

Qəza zamanı helikopterdə 15 nəfər olub.

Türkiyənin Giresun əyalətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “S70” tipli helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.

Bu barədə Oxu.Az “İhlas” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, helikopterin göyərtəsində 15 nəfər - jandarma qüvvələrinin yüksək rütbəli zabitləri, onların həyat yoldaşları və üç uşaq olub. Helikopterdə həmçinin əyalət jandarma rəisi, general Mustafa Doğru da olub.

Ölənlərin ikisi zabit, ikisi onların həyat yoldaşı, ikisi isə uşaqdır.

Qəzaya qeyri-sabit hava şəraitin səbəb olduğu ehtimal edilir.

20:20

Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) helikopteri ölkənin şimal-şərqində, Giresun vilayətində qəzaya uğrayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

Nəşr qeyd edir ki, qəza zamanı helikopterdə 15 nəfər olub. Onlar arasında vilayət jandarmeriyasının rəisi Mustafa Doğru, bir polkovnik, iki mayor və ailələri ilə birlikdə yerli jandarmeriya nümayəndələri olub.

Qəza yerinə xilasedicilər cəlb edilib.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi