azia.az
azia.az

TƏCİLİ XƏBƏR: Müharibə başladı ağır döyüşlər gedir - Rusiya hərəkətə keçir

22-11-2021, 11:41

TƏCİLİ XƏBƏR: Müharibə başladı ağır döyüşlər gedir - Rusiya hərəkətə keçir
Hazırda Qorlivka şəhərində ağır döyüşlər gedir, şəhərin ətrafı darmadağın edilir.

Azia.az xəbər verir ki, bu barədə Rusiyanın mətbu orqanı olan “Regnum” yazıb.

"Ukrayna silahlı qüvvələri səhərə yaxın 5.30-dan etibarən Qorlivka şəhərinin qərb və şimal-qərb ətraflarını iriçaplı pulemyotlardan, qumbaraatanlardan və minaatanlardan atəşə tutur. Atəşin intensivliyi 6 saata yaxın ardıcıl olaraq səngimir. Demək olar ki, şəhərin bütün ərazilərində mərmilərin partlaması və atışma səsləri eşidilir. Sakinlərin bildirdiyinə görə, bəzi ərazilərdə, xüsusən də Mayorsk yaxınlığında döyüşlər başlayıb ”, - mətbu orqanı yazır.

"Regnum"un yazdığına görə, noyabrın 21-də də Donbasda atışmalar olub.

Son vaxtlar Kiyev Donbasda nəzarəti ələ keçirmək üçün əks-hücum əməliyyatlarını aktivləşdirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi