CƏBHƏDƏ DÖYÜŞLƏR DAVAM EDİR - Düşmən yenə Tərtəri atəşə tutub
Cəbhədə şiddətli döyüşlər davam edir.
Bu barədə "Azia.Az-ın" cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və məqsədyönlü şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur, dinc sakinləri hədəf alır.
Oktyabrın 6-sı səhər saatlarından başlayaraq ermənilər şəhərin ərazisinə bir neçə top mərmisi atıb. Nəticədə yaşayış evlərinə, mülki obyektlərə ziyan dəyib.
Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, hazırda döyüşlər davam edir.