Armen Sarkisyan Ermənistanın müharibədə məğlubiyyətindən danışdı
"Ermənilər 2020 -ci ildə Qarabağ müharibəsindəki məğlubiyyətdən nəticə çıxarmalı və dövləti gücləndirmək və gələcəkdə inkişaf etdirmək üçün bütün potensialdan istifadə etməlidirlər". "Sputnik Ermənistan" yazır ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan İtaliyaya rəsmi səfəri çərçivəsində Romanın erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.
Ermənistan prezidentinin sözlərinə görə, ikinci Qarabağ müharibəsində Azərbaycan bütün resurslarından - neft, qaz, ordu və hətta Türkiyənin dəstəyindən istifadə edib. Və məqsədinə nail olmaqa bacarib. Ermənistan tərəfi isə, Sarkisyanın fikrincə, bu məsələlərdə geridə qalıb.
Eyni zamanda, Ermənistan prezidenti əlavə edib ki, müharibənin nəticələri bu günə qədər hiss olunur.
"Əlbəttə ki, səhvlərdən danışmalıyıq. Məsul şəxslər oturub bu müharibədə qalib gəlmədiyimizin səbəblərini müzakirə, təhlil etməlidilər".
Sarkisyan vurğulayıb ki, Ermənistanın neft kimi resursu yoxdur, amma gələcək texnologiyaları yarada bilən və dünya bazarlarında mühüm mövqeyini tuta biləcək bir ölkəyə çevrilə bilər.