NASAdan xəbərdarlıq-Yer kürəsinə iri asteroid yaxınlaşacaq
Asteroid 1998 SD9 2,5 milyon kilometr məsafədə planetimizin yaxınlığında uçacaq. Xəbər verilir ki, bu barədə NASA məlumat yayıb. Məlumata görə, onun eni 44-100 metr arasında dəyişir. Bu asteroid Yerə 7,5 milyon kilometrdən az məsafədə yaxınlaşan bütün kosmik obyektlər kimi potensial təhlükəli hesab edilir. Səma cisminin planetimizə nə vaxt yaxınlaşacağı tarix tam açıqlanmayıb. NASA-nın məlumatına görə, daha bir asteroid - 2021 SG sentyabrın ortalarında Yer kürəsinə daha çox yaxın olub. O, planetimizdən Yer kürəsinin Ayla olan məsafəsindən (384 min kilometr) bir qədər uzaq məsafədə uçub. Onun ölçüsü təxminən 70 metr olub, NASA onun Yerə yaxınlaşması barədə 1 gün sonra bilib. Bu onu göstərir ki, əgər planetimizlə toqquşma olsaydı, heç kim gələcəkdə baş verəcək qəzadan əvvəlcədən xəbərdar olmayacaqdı.“Report”