azia.az
azia.az

SON DƏQİQƏ: "Taliban" dünyanın gözlədiyi xəbəri elan etdi

7-09-2021, 19:16

SON DƏQİQƏ: "Taliban" dünyanın gözlədiyi xəbəri elan etdi
“Taliban” hərəkatı Əfqanıstanın yeni hökumətinin tərkibini elan edib.

Azia.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Bildirilib ki, yeni hökumətdə Baş nazir vəzifəsini Molla Məhəmməd Həsən Axund icra edəcək, onun müavini postunu isə Molla Əbdül Qəni Bəradər tutacaq.

“Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid müdafiə naziri, Siracuddin Hakkani daxili işlər naziri, Molla Əmir Xan Muttaqi isə xarici işlər naziri təyin edilib.

Qeyd edək ki, dünya dövlətləri "Taliban"ın hakimiyyətini tanımaq üçün hökumətin tərkibinin elan olunmasını gözləyirdi. Dövlətlər hökumətdə bütün xalqları təmsil edən nümayəndələrin olmasını arzu edirdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi