Taliban 145 əfqan xüsusi təyinatlısını azad etdi
Taliban hərəkatı Əfqanıstan ordusunun xüsusi təyinatlı qüvvələrinin hərbçilərini azad ediblər.
Azia.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, Herat əyalətində taliblər tərəfindən saxlanılan 145 xüsusi təyinatlı azadlığa buraxılıb.
Qeyd edək ki, bir neçə gün öncə Talibanın rəsmi nümayəndəsi Zəbiulla Mücahid taliblərin onlara qarşı çıxan hər kəsi bağışladıqlarını bildirmişdi.