azia.az
azia.az

Heç bir savadı və təhsili yoxdur, amma “pul işlərindən” yaxşı başı çıxır...

27-08-2021, 23:43



Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı bu həftənin əvvəlində bəzi vəzifələrə öz adamlarını təyin edib. Mərkəzi Bankın sədri vəzifəsinə isə Hacı Məhəmməd İdris təyin olunub.
Heç bir savadı və təhsili yoxdur, amma “pul işlərindən” yaxşı başı çıxır...
virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, vətəndaş müharibəsi və iqtisadi böhran içərisində olan ölkədə Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilən Hacı Məhəmməd İdrisin heç bir təhsili və savadı yoxdur, amma “pul işlərindən” yaxşı başı çıxır.

Əfqanıstanın Cüzcan əyalətindən olan İdrisin haqqında çox az məlumat var, amma “Taliban” özü də onun heç bir təhsilinin, savadının olmadığını təsdiq edir. Buna baxmayaraq İdris bir müddətdir “Taliban”ın iqtisadiyyat komissiyasının rəhbəri idi. O, hərəkatın öldürülən lideri Ahtar Mansurun yaxın tərəfdaşlarından biri olub.



“Taliban” sözçüsü Zabihulla Mücahid bildirib ki, Hacı Məhəmməd İdris “qapalı olan bankların işini təşkil etmək və iqtisadi problemləri həll etmək üçün” bu vəzifəyə təyin edilib. “Dünyada tanınmayan, amma mühüm mövqelər tutan və böyük işlər görən insanlar var. Hacı İdris də bunlardan biridir. Dini təhsili belə yoxdur, amma maliyyə məsələlərində mütəxəssisdir”,-Mücahid deyib.

“Taliban” Əfqanıstana nəzarəti ələ aldıqdan sonra ölkədəki bütün banklar bağlanıb, habelə Mərkəzi Bankın 10 milyard dollara yaxın olan və ABŞ banklarında saxlanılan ehtiyatları dondurulub. Beynəlxalq Valyuta Fondu da Əfqanıstana ayırmağa hazırlaşdığı 370 milyon dollarlıq krediti bağlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi