Bayden: "ABŞ-də COVID-19 peyvəndləri sayəsində 100 mindən çox insan xilas olunub"
“ABŞ əhalisinin koronavirusa qarşı peynəndlənməsi 100 mindən çox insanın həyatını xilas etdi və 450 mindən çox insanın xəstəxanaya yerləşdirilməsinin qarşısını aldı”.
APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı deyib.
“Yel Universitetinin İctimai Səhiyyə Məktəbinin mütəxəssislərinin qənaətinə görə, peyvəndləməni sürətləndirməyimiz 100 mindən çox insanın həyatını xilas etdi və 450 mindən çox insanın xəstəxanaya yerləşdirilməsinin qarşısını aldı. Bu, kritik bir irəliləyişdir, ancaq daha sürətli hərəkət etməliyik”, - Amerika lideri belə deyib.
Onun sözlərinə görə, bu günə qədər 12 yaşdan yuxarı ABŞ sakinlərinin 71%-i ən azı bir dozada koronavirus peyvəndi qəbul edib: “Bu, 200 milyondan çox amerikalıdır. Hazırda 170 milyondan çox insan tam peyvənd olunub”.