Fransızlar benzinə görə etiraza qalxdı: 1 ölü, 106 yaralı
Fransada yanacaq artımına etiraz olaraq keçirilən aksiyalarda 106 nəfər yaralanıb, 1 nəfər isə ölüb. Axar.az xəbər verir ki, bu barədə məlumatı Fransanın Daxili İşlər naziri Kristofer Kastaner verib. Ölkənin 2 mindən artıq nöqtəsində keçirilən aksiyalara 244 mindən çox insanın qatıdığını bildirirən nazir aksiya iştirakçılarından 38-nin həbs edildiyi söyləyib. Qeyd edək ki, aksiya iştirakçıları Yelisey Sarayına daxil olmağa cəhd edib. Lakin polis etirazçıların qarşısını gözyaşardıcı qazla almağı bacarıb.