Hindistan ordusunun komandanı Azərbaycan ordusunun təcrübəsini öyrənir
Hindistan ordusunun Baş qərargah rəisi, general Manoj Mukund Naravane Azərbaycanla Ermənistan arasında Qarabağda gedən 44 günlük müharibəni “gələcəyin müharibələrinə dair nümunə” adlandırıb. Virtualaz.org “The Hindistan Times” nəşrinə istinadən xəbər verir ki, Hindistan-Çin sərhədində gərginliyin artmaqda olduğu bir vaxtda general ordunun “gələcəyin münaqişələrinə hazırlaşdığını, ancaq sərhədlərindəki hazırkı münaqişələri də nəzərdən qaçırmadığını” deyib.
Gələcək müharibələrə dair “Centre for Land Warfare Studies” tərəfindən təşkil edilmiş seminarda çıxışı zamanı Hindistan ordusunun rəhbəri bildirib ki, 20-ci əsrdə döyüş meydanında həlledici rol oynayan tanklar, qırıcılar, suüstü gəmilər yeni meydana çıxan problemlər qarşısında daha az əhəmiyyət daşımağa başlayıb.