azia.az
azia.az

Paris su altında - 100 il öncəki VAHİMƏ qayıtdı

4-06-2016, 04:46

Paris su altında - 100 il öncəki VAHİMƏ qayıtdı Bu dəqiqələrdə Parisdə təbii fəlakət yaşanır. Lent.az-ın məlumatına görə, aramsız yağan yağışlar və güclü leysan nəticəsində Fransa paytaxtı iflic olub. İş o yerə çatıb ki, Paris bələdiyyəsi məşhur Luvr və Orse muzeylərini qorumaq üçün hərəkətə keçib.

Parisdə yaşayan həmyerlimiz Aqil Xəlildən aldığımız məlumata görə, Sena çayının səviyyəsi bir neçə metr qalxıb. “Proqnozlara görə, yağış belə davam etsə, çayın səviyyəsi maksimum həddə, 7 metrə qalxacaq. Bu isə Paris üçün fəlakətdir”.
Məlumata görə, hazırda Parisdə metronun bir necə stansiyası və xətti bağlanıb.
“Paris metrosunun ən intensiv C xətti tamamilə bağlıdır. Sel suları Luvr muzeyinin bir neçə hissəsini basıb. Muzey rəhbərliyi Leonardo da Vinçinin “Mona Liza” əsərini xilas etmək üçün onu yuxarı mərtəbələrə aparıblar. Muzeyin digər qiymətli eksponatları da təhlükəsiz yerlərə daşınır”.
Həmsöhbətimizin dediyinə görə, Parisdə sonuncu dəfə belə vəziyyət 99 il bundan əvvəl, 1917-ci ildə olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi