Ermənilər Mehridə yeni istehkamlar qururlar - FAKT
Ermənistanın İranla həmsərhəd bölgəsində yerləşən Mehri rayonunda yeni istehkamlar qurulur.
Anews.az xəbər verir ki, bu barədə məlumat Mehri rayon bələdiyyəsinin "Facebook” səhifəsində paylaşılıb.
Məlumatda bildirilir ki, Mehri rayon ərazisində mövqelərin təhlükəsizliyini təmin etmək üçün təkərlərə ehtiyac var. Rayon sakinlərinə edilən müraciətdə "KAMAZ” markalı yük maşınına aid təkərlərin Mehri şəhərinin Aqarak qəsəbəsindəki gömrük məntəqəsinin yaxınlığında yerləşən keçmiş çörək zavodunun ərazisi gətirilməsi istənilir.