İranın döyüş gəmisi səhvən yerli logistika gəmisini raketlə vurub
İranın döyüş gəmisi səhvən yerli logistika gəmisini raketlə vurub
İran hərbi dəniz qüvvələrinə məxsus “Konarak” gəmisi təlim zamanı “Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış kruiz tipli raketlə səhvən vurulub.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu “Tasnim” xəbər agentliyinin jurnalisti Mehdi Bəxtiyari “Twitter” səhifəsində yazıb:
“Deyilənlərə görə, “Jamaran” gəmisi tərəfindən atılan raket səhvən logistika gəmisi olan “Konarak” gəmisinə dəyib”.
Onun sözlərinə görə, hələlik rəsmi mənbələr xəbəri təsdiqləməyiblər. O, həmçinin ölən və yaralananların sayının bilinmədiyini deyib.
Digər bir jurnalist Həmid Hacipur isə öz “Twitter” səhifəsində yazıb ki: “Çabahar xəstəxanasından verilən məlumata görə, bu hadisədə 40 nəfər ölüb. Onlardan 22 nəfərin cənazəsi tapılıb”.
Hələlik rəsmi xəbər saytları bununla bağlı xəbər verməyiblər.