ABŞ-ın raket gəmisi Qara dənizə daxil olacaq
ABŞ-a məxsus “Porter” raket gəmisi (esmines) iyunun 6-da Qara dənizə daxil olacaq.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin 6-cı donanmasının açıqlamasında bildirilir.
Məlumata görə, esmines limanlara yan alacaq və Avropadakı tərəfdaş ölkələrin donanmaları ilə ikitərəfli təlimlərdə iştirak edəcək.
Həmçinin qeyd olunur ki, ABŞ-a məxsus “Porter” raket gəmisinin Qara dənizə girişi “Atlantik qəyiyyət” (Atlantic Resolve) əməliyyatına dəstək çərçivəsində baş tutacaq.