Oliqarx Umar Cəbrayılov intihara cəhd etdi
Çeçenəsilli rusiyalı biznesmen Umar Cəbrayılov intihara cəhd edib.
Virtualaz.org rus KİV-lərinə istinadən xəbər verir ki, iş adamı əlində yaralarla xəstəxanaya çatdırılıb. Cəbrayılov Moskvada qaldığı oteldən xəstəxanaya təcili yardımla aparılıb. Biznesmen “şok vəziyyətdə” olduğu üçün bu əməli törətdiyini bildirib.
Qeyd edək ki, Umar Cəbrayılov 2004-2009-cu illərdə Çeçenistandan senator seçilib. 2018-ci ildə dişi ağrıdığı üçün hoteli atəşə tutan iş adamı üzvü olduğu “Vahid Rusiya” partiyasından çıxarılmışdı.