Putinlə Səudiyyə kralı arasında görüşdə hərbi əməkdaşlıqdan söz açılıb
Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə kralı Salman bin Əbdüləziz Əl Səud arasında keçirilən görüşdə hərbi və texniki əməkdaşlıq məsələləri müzakirə edilib.
APA TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.Səudiyyə Ərəbistanına mümkün “S-400” raket sisteminin tədarükü məsələsinə gəldikdə isə Peskov qeyd edib ki, bununla bağlı hələlik konkret razılaşma yoxdur, lakin belə bir plan var.O, iki ölkə arasında hərbi əməkdaşlıq dialoqunun davam etdiriləcəyini sözlərinə əlavə edib.Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 14-də Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Səfər zamanı neft prosesi, Suriya və Fars körfəzindəki vəziyyətin sabitləşdirilməsi üçün fəaliyyətin əlaqələndirilməsi, eləcə də İsrail-Fələstin münasibətlərinin tənzimlənməsi danışıqlar mövzusunun tərkib hissəsi olub. İki ölkə liderləri, həmçinin qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrini müzakirə ediblər.