Putin və Netanyahu Fələstin-İsrail nizamlanmasını müzakirə ediblər
Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu Fələstin-İsrail münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, münaqişə tərəfləri arasında birbaşa dialoqun bərpası məsələsi də müzakirə mövzusu olub.
Putin və Netanyahu təmasların müxtəlif səviyyələrdə davam etdirilməsinə dair razılığa gəliblər.