azia.az
azia.az

İranı bir sutkaya çökdürməyin yolu tapıldı

31-10-2019, 04:20

İranı bir sutkaya çökdürməyin yolu tapıldı
İsrail İranın iqtisadiyyatını cəmi bir sutkaya çökdürmək və ona Amerikanın tətbiq etdiyi bütün sanksiyalardan çox zərbə vurmaq imkanındadır. Virtualaz.org xəbər verir ki, bu barədə “New York Times” qəzetinin nüfuzlu jurnalisti Mayk Evansın məqaləsində deyilir. Məqalə “The Jerusalem Post”da dərc edilib. “Bəs necə? Bu ölkənin neft emalı zavodlarını və limanlarını bombalamaqla”,-müəllif bildirir. Məqaləyə əsasən İrana qarşı istənilən hücum onun donanmasını hədəf almalıdır. İsrail tərəfindən həyata keçirilə biləcək əməliyyat İran neftinin ixraca yönəldildiyi Hark adasını, habelə Xəzər sahilindəki Bəndər-Abbas limanını əhatə etməlidir. Müəllifə görə İranın infrastrukturu da hədəf ola bilər. Hava məkanının bağlanması və ya hərbi-dəniz blokadası onsuz da sanksiyalardan əziyyət çəkən İran iqtisadiyyatını çökdürəcək. “Bundan əlavə, ölkədən ballistik raketləri də çıxarmaq lazımdır”,-jurnalist yazır, amma bunun hansı yolla mümkün ola biləcəyini göstərmir.
İranı bir sutkaya çökdürməyin yolu tapıldı
Amma müəllif qeyd edir ki, İsrail regionda ən yaxşı qırıcılara, o cümlədən səsdən iti uçan və hədəfi dəqiq vuran tank əleyhinə raketlərə malikdir. Həmin raketləri F-35 qırıcıları istifadə edə bilər. Raket düşmən Hava Hücumundan Müdafiə sistemi tərəfindən aşkarlana bilməz, çünki hədəfdən 150 kilometr məsafədən buraxılır.

Evansın fikrincə yeni silah İranın obyektlərini və infrastrukturunu asanlıqla vuracaq, hədəflərin arasında isə aviasiya və hərbi-dəniz bazaları, o cümlədən zenit kompleksləri olacaq.

“Mən hesab edirəm ki, İran Fars körfəzində müharibə qızışdırmaq istəyir, ABŞ-ı və İsraili də cəlb etməklə. Maraqlıdır ki, İranı cilovlamaq istəyən İsrail tərəfdaşları hücumlara məruz qalır. Baş nazir Benyamin Netanyahu bütün gücü ilə İsrailin sükanı arxasında qalmağa çalışır. Prezident Donald Tramp seçiləndən bəri ölkəsində liberal solçuların hücumları ilə üzləşir. Misir prezidenti Abdel Fəttah əl-Sisi ölkəsində müxalif fraksiyaların təzyiqlərinə məruz qalır. Və Səuduiyyə Ərəbistanının neft yataqlarına İran raketləri ilə birbaşa hücum edilir”,-müəllif qeyd edir.
İranı bir sutkaya çökdürməyin yolu tapıldı
O əlavə edir ki, İranla mübarizənin aydın həll yolu bu ölkəni neft satmaqdan məhrum etməkdir. Belə olsa onun iqtisadiyyatı çökəcək. Bunu isə ancaq güclü silahları sayəsində İsrail edə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi