Iki böyrəyi eyni anda dayanan taninmış yazar dostlarına müraciət etdi
Böyrək çatışmazlığından əziyyət çəkən və müalicəsi üçün respublikanın tanınmış ziyalıları tərəfindən vitse prezidentə müraciət edilən jurnalist Vüsal Rzazadə sosial şəbəkədən dostlarına səslənib.Həmin statusu təqüdim edir:
"Dostlar! Bunları bilməlisiniz!
Artıq, məlumunuzdur ki, iki böyrəyim eyni vaxtda "susdu"!
Bunu eşidən məni və qardaşım Xəyalı sevən dostlar məsələyə biganə qalmadılar! Mənim və Xəyalın böyrəklərimi qaytarmaq üçün respublikanın tanınmış, adlı-sanlı həkimləri ilə etdiyimz uğursuz cəhdlər zamanı dostlar demək olar ki, hər axşam toplanır, məşvərət edir, yollar axtarırdılar!
Xəbər tutan dostlar, tanışlar zəng edir, halımı soruşur, təsəlli verirdilər! Ta bu məşum məsələdən xəbər tutduğumuz vaxtdan bu günə kimi gəlmək imkanı olmayan dostlar, tanışlar da bir yolla öz dəstəklərini əsirgəmədilər! Nəinki, yaxın dostlar, hətta fb dostları, Xəyalın və mənim oxucularımız, adımızı eşidənlər, ismimizi duyanlar, rəğbəti olanlar...
Gələn kim, zəng edən kim, mesaj yazan kim, sosail şəbəkələrdə, mesencerdə, watsapda maraqlanan kim...
Zaman-zaman insanın özünü tanıması prosesi baş verir, adamın özü barədə fikri formalaşır... Sevildiyimi, istənildiyimi, Xəyalın sevildiyini və nəhayət insanlarımızın isti olmalarını bilirdim!..
BU QƏDƏR YOX!
Mən gələn, maraqlanan, təsəlli edən dostları dedim. Amma, tanıdığım, tanımadığım adamlardan aldığım böyrəklərini bağışlama təklifini demədim! Ilahi, bu insanlar nə imiş?! Nə ürək var imiş insanlarımızda??! Dəhşət!
ÜRƏYIMIN BÖYÜMƏSI FƏXARƏTI ILƏ BÖYRƏKLƏRIMIN ITMƏSI KƏDƏRINI EYNI ANDA YAŞADIM!
BU izaholunmaz hissdir!
DOSTLAR, DÜNYASINIZ! deyəcəm, amma, dünya yanınızda cılız qalır!!!
Bu hissi mənə yaşatdığınız üçün sizə öz, qardaşım Xəyal, ailəm adından dərin minnətdarlığımı bildirir, demək istəyirəm ki, biləsiniz, hər birinizin yolunda ölümə belə varam! SÖZLƏR ACIZDIR hisslərimi ifadə etməyə!
HƏYATIMI pozitiv, yeyib-içməklə, qazandığımı bölməklə, əl tutmaqla keçirmişəm! Allahın qəzasına-bəlasına da "Şükür hikmətinə" deyib, keçinən adamam! Əlimdən yaxşılıq gələr! Demirəm peygəmbərəm, amma, bir neçə dəfə pislik eləməyən adamlara maksimum pisliyinin dəyməməsinə bütün varlığı ilə çalışan adamam!
ŞADAM KI, SƏHV YOLDA DEYILMIŞƏM!
QAZANDIGIMI ya xərcləyər, ya da işə qoyaram. Işdə də ya gətirər, ya batıraram. Zaman-zaman borca-xərcə də düşmüşəm. Bilənlər bilir, bilməyənlərə də deyib, mənəvi yormaq istəmirəm, son zamanlar 100 minə qədər dəyən zərəri!
Bayaq "Həkimlərlə uğursuz cəhdlər-müalicələr" dedim. O cəhdlər məşəqqətlər yaşamamla bərabər az pula başa gəlmədi. Xeyli vəsait xərcləndi. Daha çox qardaşım Xəyal xərclədi- var olsun!
ACINDAN ÖLMÜRƏM, amma, nə bahalı müalicəyə, nə də orqan köçürməsinə maddi imkan çatmadığından dostların 1- ci vitse-prezidentə müracətlərinə etiraz etmədim. Heç edə də bilməzdim. Dinləməzdilər! Var olsunlar!
DOSTLAR, SIZLƏR DƏ- BU YAZINI OXUYAN HƏR KƏS var olun! HƏLƏ KI, içimdən bu qədər gəldiyi üçün, bu qeydi bütün səmimiyyətimlə etdiyim üçün, səmimiyyətin itməməsi üçün və sizləri daha çox yormamaq üçün, qeydimi burda bitirirəm! Allah ömür versə, yenə dönəcəm sizə!
P.S. RENTGENDƏN xarab çıxanların da öz dünyaları var! Yaşayırlar də! Türk demiş, onlara da darılmıram! Qoy, onlar da var olsun!"
O bu sözləri öz sosial hesabında yazıb. Nəzərinizə çatdıraq ki, yazarın iki böyrəyi də eyni vaxtda dayanmış, yüz nəfərə yaxın tanınmış ziyalı köməklik göstərməsi üçün 1-ci vtse-prezidentə müraciət etmişdi. Hələ ki, müraciətə cavab gəlməyib!