azia.az
azia.az

General Elçin Quliyev Azərbaycan-Rusiya sərhədində

18-04-2019, 11:49

General Elçin Quliyev Azərbaycan-Rusiya sərhədində2019-cu ilin 17 aprel tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlanıb.
Virtualaz.org DSX-nın mətbuat mərkəzinə istinadən bildirir ki, səfər çərçivəsində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd nəzarətinin həyata keçirilməsi üzrə xidməti fəaliyyətə baxış keçirilib, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində yoxlama prosedurlarının sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər aparılıb, ölkəyə gələn və ölkədən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin effektivliyinin daha da artırılması və keçid müddətlərinin maksimal azaldılması məsələləri nəzərdən keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi