azia.az
azia.az

“İki ildir hər yerdə sənə “zibil” deyir, susursan…” – “Lotu Quli”

14-05-2019, 07:25

“İki ildir hər yerdə sənə “zibil” deyir, susursan…” – “Lotu Quli”
Nüfuzlu kriminal avtoritetlərdən biri, Yekaterinburq və Çelyabinsk bazarlarının kuratoru “Lotu Quli” (Nadir Səlifov) ilə digər “vor zakon” “Edik Osetrin” (Eduard Asatryan) arasında münaqişə güclənib.
“Qafqazinfo”nun “Praym Kraym” agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb keçmiş “vor zakon” “Beso Rustavski”nin (Besik Kvinihidze) Saratov vilayətində öz kriminal nüfuzunu bərpa etməyə cəhd etməsi olub.

Fotoda: Besik Kvinihidze
“İki ildir hər yerdə sənə “zibil” deyir, susursan…” – “Lotu Quli”

Qeyd olunur ki, “Edik Osetrin” “Beso”ya bildirib ki, oğruların ona çoxlu sualı var. “Quli” öz növbəsində “Osetrin”lə telefon danışığında ona xatırladıb ki, “Nodar Rustavski” (Asoyan Nodari) iki ildir hər yerdə açıq şəkildə onu “zibil” adlandırır və onun bundan xəbəri olsa da, heç bir reaksiya vermir.

“Və buna baxmayaraq, mən səninlə bərabər olaraq danışıram. Ən yaxşısı, sən ya bunu araşdır, ya da adını çəkmə. Sonda, əgər lazımdırsa, mən özüm görüş təşkil edəcəm, biz oğrular bu məsələyə nöqtə qoyacağıq”, – Səlifov bildirib.

Səlifov onu da deyib ki, əgər “Beso” həqiqətən də kriminal dünya üçün diqqətəlayiq nəsə edibsə, o zaman ona dostluq əli uzadılmalıdır: “Sualları isə o azadlığa çıxandan sonra vermək olar”.

Sayt yazır ki, Asatryan cavabında deyib ki, onun Kvinihidzenin nailiyyətləri haqda xəbəri yoxdur.

Qeyd edək ki, Kvinihidze 2010-cu ilin əvvəlində “taclandırılıb”. Sonradan peterburqlu oğrular cəmiyyətə guya, aldatma yolu ilə daxil olduğuna görə onu statusdan məhrum ediblər. O, 2006-cı ildə Butırka həbsxanasında döyülüb “obşak”dan çıxarılsa da, bu münaqişədə susmağı seçib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi