Azərbaycanda uşaqlara bu adların qoyulması yasaqlandı
"Son bir neçə ay ərzində yeni doğulan uşaqlara Arena, Jozef, Mənsə, Lavin, Dina, İmeda, Lekat, Mənasarə, Sürü, Casim, Romas, Miran, Adrenalin, Kumeyl kimi adların qoyulmasının qarşısı alınıb”
Bu barədə ONA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova məlumat verib.
Onun sözlərinə görə, Lavin adı İsveç mənşəlidi, mənası "uçurum” deməkdir: "Bu adın uşağa verilməsinin qarşısını aldıq. Başqa bir şəxs isə Rasim, Asim adları ilə həmqafiyədir deyə üçüncü oğluna da Casim adını vermək istəyirdi. Ona izah elədik ki, Casim adının mənası yoxdur”.
S.Sadıqova qeyd edib ki, son dövrlərdə uşaqlara Uğur, Dəniz, Damla kimi adlar daha çox verilir:
"Bəzi valideynlər türkiyəlilərdən təsirlənərək Əli, Mehdi, Esmira kimi adları Ali, Məhdi, Asmira qoymaq istəyirlər. Bunun da qarşısını almağa çalışırıq, maarifləndirmə işləri aparırıq ki, adların bu cür tələffüzü dilimizə yaddır”.