Dünyanın yaşamaq üçün ən yaxşı və ən pis şəhərləri seçildi: siyahıda Bakı da var
"Mercer" beynəlxalq məsləhət şirkəti dünyanın yaşamaq üçün ən yaxşı və ən pis şəhərlərinin siyahısını hazırlayıb.
Qaynarinfo xəbər verir ki, siyahıya əsasən dünyanın ən pis şəhiri İraqın paytaxtı Bağdad, ən yaxşı şəhəri isə Vyana seçilib.
Bakı şəhəri siyahıda 195, Moskva 167, Yerevan 170, Tehran 199, İstanbul 130, Tbilisi isə 187-ci sırada qərarlaşıb.
Qeyd edək ki, siyahıda 231 şəhər var. Şəhərlərin sıralaması yaşayış şərtləri, iqtisadi, mədəni və sosial həyat, ekologiya və s. amillər nəzərə alınmaqla müəyyənləşdirilib.
Dünyanın yaşamaq üçün ən yaxşı şəhərlərinin onluğu:
1. Vyana - Avstriya
2. Sürix - İsveçrə
3. Vankuver - Kanada
4. Münhen - Almaniya
5. Aukland - Yeni Zellandiya
6. Düsseldorf - Almaniya
7. Frankfurt - Almaniya
8. Kopenhagen - Danimarka
9. Cenevrə - İsveçrə
10. Basel - İsveçrə
Dünyanın yaşamaq üçün ən pis şəhərlərinin onluğu:
222. Konaqri - Qvineya
223. Kinşasa - Konqo
224. Brazzaville - Konqo
225. Şam - Suriya
226 N`Djamena - Çad
227. Xartum - Sudan
228. Port au Prins - Haiti
229. Səna - Yəmən
230. Banqui - Mərkəzi Afrika Respublikası
231. Bağdad - İraq
Tam siyahıya buradan baxa bilərsiz.