azia.az
azia.az

Deputatın təcavüz etdiyi Zəhranın şok səs yazısı - VİDEO

28-01-2019, 01:19

Deputatın təcavüz etdiyi Zəhranın şok səs yazısı - VİDEO
İranın Məlika şəhərinin millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan, yanvarın 6-da isə cansız bədəni tapılan azərbaycanlı Zəhra Nəvidpurun telefon danışığının səs yazısı üzə çıxıb. Modern.az Axar.az-a istinadən xəbər verir ki, sözügedən səs yazısı Z.Nəvidpurun Məlikanın keçmiş millət vəkili Şəhruz Əfxəmi ilə söhbətidir.Danışıq zamanı keçmiş millət vəkili mərhum Zəhra Nəvidpura bildirib ki, onun təhlükəsizliyilə bağlı hər hansı problem yaranarsa, bununla bağlı Salman Xudadadi şübhəli bilinəcək. O, həmçinin vurğulayıb ki, bir çox məsul şəxslə danışıb, hamı Zəhra xanımın tərəfində olduğunu bəyan edib.
Qeyd edək ki, 28 yaşlı Zəhra Nəvidpur yanvarın 6-da vəfat edib. Gənc qadın bir neçə ay əvvəl paylaşdığı audio və videolarda doğma şəhəri Məlikanın (Məlikkənd) millət vəkili Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.
Güneyli fəallar və yaxınları Zəhra Nəvidpurun qətlə yetirildiyini bildirirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi