azia.az
azia.az

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA

Bu gün, 21:20

Bakı şəhəri, Nərimanov rayon sakinləri suyun verilişində fasilələrin olmasından şikayətçidirlər.

"AZia.az" xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, Əliyar Əliyev küçəsi, 14 ünvanında su ilə təchiz olunmada problem yaşayırlar.

Onların sözlərinə görə, aidiyyəti üzrə müraciət etsələr də, problemin həlli istiqamətində hər hansı iş görülməyib.

Məsələ ilə bağlı ADSEA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidəki yaşayış binasına baxış keçirilib:

"Suyun gəlməməsinə səbəb ola biləcək məqamlar araşdırılır, xətlər yoxlanılır. Müvafiq işlər görüləcək, problem aradan qaldırılacaq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi