azia.az
azia.az

Ağ köynəyi necə geyinmək olar?

Bu gün, 10:11

Ağ köynək qarderobun ən klassik və çoxfunksiyalı geyimlərindən biridir.

 

Pravda.az bildirir ki, onu müxtəlif geyim və aksesuarlarla kombin edərək həm gündəlik, həm də daha zərif görünüşlər yaratmaq mümkündür.

 

Jaket ilə — Ağ köynəyi jaket ilə tamamlayaraq daha rahat görünüş əldə edə bilərsiniz. Jaketi çiyinlərinizə ata və ya belinizdə bağlaya bilərsiniz.

 

İdman geyimi ilə — Ağ köynəyi idman büstqalterinin və ya topun üzərindən açıq formada geyinmək olar. Leggings ilə birlikdə rahat və müasir kombin yaranır.

 

Mayka ilə — Köynəyi sadə maykanın üzərindən açıq geyinərək cins şalvar və ya qısa şortla kombin edə bilərsiniz. Dabanlı ayaqqabı görünüşə daha zərif hava qatır.

 

Trençkotla — Ağ köynək, trençkot və qısa çəkmə klassik və şık seçimdir. Köynəyi şalvarın içinə salaraq görünüşü daha səliqəli göstərə bilərsiniz.

 

Uzun çəkmələrlə — Bol kəsimli ağ köynəyi dar cins şalvar və ya leggings ilə birləşdirib uzun çəkmələrlə tamamlamaq mümkündür.

 

Qara ətəklə — Ağ köynəyi qara ətəklə kombin etmək klassik seçimdir. Baletka və ya daha diqqətçəkən ayaqqabı ilə görünüşü müasirləşdirə bilərsiniz.

 

Tam ağ kombin — Ağ köynəyi ağ şalvar və digər açıq rəngli parçalarla birləşdirərək monoxrom görünüş yarada bilərsiniz. Rəngli kəmər və ya ayaqqabı isə kombinə fərqli vurğu əlavə edər.

 

Qara şalvarla — Ağ köynək və qara şalvar ofis və gündəlik istifadə üçün ideal seçimdir. Rəngli çanta və ya ayaqqabı kombini daha maraqlı göstərə bilər.

 

Cins şalvarla — Ağ köynək və düz kəsimli cins şalvar heç vaxt dəbdən düşməyən kombindir. Qara kəmər, trençkot və ya dəri gödəkçə ilə görünüşü tamamlayabilirsiniz.

 

Sviterin altında — Soyuq havalarda ağ köynəyi dairəvi yaxalı sviterin altında geyinə bilərsiniz. Köynəyin yaxasının və manjetlərinin görünməsi daha səliqəli və zövqlü görüntü yaradır.

 

Əminə Bayramova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi