azia.az
azia.az

Nazirlik bizim işçimiz deyil açıqladı -Rəsmi saytda isə adı var...

Dünən, 23:27

Bakıda keçirilən dəbdəbəli toyla bağlı yayılan məlumatlarda adı hallanan Elgün Feyzullayevlə bağlı yeni açıqlama verilib.

Xəbər verilr ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti sözügedən şəxsin hazırda qurumda çalışmadığını bildirib.

Qeyd olunub ki, o, bir ildən çoxdur tutduğu vəzifədən azad edilib.


Xatırladaq ki, ötən gün Bakıda yerləşən Böyük Sarayda Nicat və Sitarə adlı cütlüyün dəbdəbəli toy mərasimi keçirilib.


Məclisdə Azərbaycan və Türkiyədən tanınmış şəxslər də iştirak edib.

Toyla bağlı yayılan məlumatlarda Sitarənin Elgün Feyzullayevin qızı olduğu bildirilib.


Yenilənib: 23:08

E. Feyzullayevin 1 ildən çoxdur ki, vəzifədən azad olunduğu bildirilsə də, bu dəqiqələrə qədər onun adı qurumun saytında görünürdü. Xəbər yayılandan sonra isə onun adı və vəzifəsi saytdan çıxarılıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi