azia.az
azia.az

Saxlanılan “Əhdi”ni hansı cəza gözləyir?

Bu gün, 16:53

Xəbər verdildiyi kimi, sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs cinayət işi üzrə istintaqa cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 242-ci maddəsinə əsasən, pornoqrafik materialların qanunsuz hazırlanması, yayılması və ya reklam edilməsi 2 000 manatdan 4 000 manatadək cərimə, iki ilədək islah işləri və ya üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Eyni zamanda, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə edilməklə süni intellekt texnologiyaları və ya xüsusi proqram təminatı vasitəsilə pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanması və yayılması Cinayət Məcəlləsinin 242-1-ci maddəsi ilə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bundan əlavə, əgər yayılan videomateriallar şəxsin şəxsi və ailə həyatının sirri olan məlumatları, video və ya foto çəkilişi materiallarını əhatə edirsə, əmələ Cinayət Məcəlləsinin 156.1-ci maddəsi üzrə də hüquqi qiymət verilə bilər. Həmin maddəyə əsasən, belə məlumatların qanunsuz yayılması, satılması və ya başqasına verilməsi 1 000 manatdan 2 000 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək islah işləri ilə cəzalandırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi