azia.az
azia.az

Hakimlər buna görə qara xalat geyinir - Maraqlı fakt

Bu gün, 15:41

Məhkəmə zalında hakimləri digər şəxslərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri onların geyimidir. Hakimlərin uzun və əsasən qara rəngli xalat geyinməsi sadəcə ənənə və ya rəsmi görünüş məsələsi deyil. Bu geyimin arxasında yüzillərlə tarixi səbəb dayanır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hakim xalatlarının tarixi Avropada orta əsrlərə gedib çıxır. XII əsrdən etibarən İngiltərə, Fransa və İspaniyada kral məhkəmələrində çalışan hakimlər xüsusi geyimlərdən istifadə ediblər. Həmin dövrdə xalatların rəngi indiki kimi yalnız qara olmayıb. Müxtəlif mövsümlərdə qırmızı, yaşıl, bənövşəyi və qara rənglərdən istifadə edilib.

Qara rəngin hakim geyimində əsas rəngə çevrilməsi ilə bağlı isə maraqlı bir versiya var. Tarixçilərin geniş yayılmış izahına görə, İngiltərədə 1694-cü ildə kraliça II Məryəmin ölümündən sonra hakimlər uzunmüddətli matəm əlaməti olaraq qara xalat geyinməyə başlayıblar. Sonradan matəm dövrü başa çatsa da, qara xalat məhkəmə ənənəsində qalıb. Bununla belə, tarixçilər bu izahın bütün detalları ilə bağlı tam yekdil deyillər.

Bu gün qara xalat hakimlik peşəsinin ciddiliyini, təmkinini və məhkəmə institutunun nüfuzunu simvolizə edir. Eyni geyim həm də hakimin şəxsi görünüşündən çox tutduğu vəzifəni ön plana çıxarır.

Sonda qeyd edək ki, bütün ölkələrdə hakimlər qara xalat geyinmir. Bəzi dövlətlərdə fərqli rəng və üslublardan istifadə olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi