azia.az
azia.az

Əliyar adlı iş adamı Biləcərini “İŞĞAL” edib-Binəqədi icra hakimiyyəti niyə göz yumur?

Bu gün, 14:45

Əliyar adlı iş adamı Biləcərini “İŞĞAL” edib-Binəqədi icra hakimiyyəti niyə göz yumur?

Prezident İlham Əliyevin yeni Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib.

Məqsəd Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, ölkəmizdə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsidir.

İndi gəlin görək Prezidentin bu tapşırığına məmurlar əməl edirmi. Elə redaksiyanın elektron ünvanına Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2 saylı D/Yol poliklinikasının yanı, “Araz marketin ” arxa tərəfində inşa olunan binanın tikintisi barədə şikayətin daxil olması hər şeyi alt-üst edib. Prezident göstərir, danışır, amma nə fayda Binəqədinin başçısı tikinti işlərinin başında öndə gedir. Sakinlərin bildirdiyinə görə sözü gedən ünvanda Əliyar adl iş adamının tikdirdiyi hündürmərtəbəli bina ətraf ərazidə yaşayan sakinləri ciddi narahat edib. Yolların bağlanması, tikintiyə nəzarətin yoxluğu, işçilərlə əmək müqaviləsinin bağlanmaması da bu tukuntinin rəhbərliyiynin arxasında kimlərin dayandığının bariz nümunəsidir.  Deyilənə görə İcra hakimiyyətinin sözügedən tikinti barədə müvafiq sənədi də yoxdur. Tikintiyə birbaşa cavabdehlik  daşıyan Azər müəllim başçıya yalan məlumatlar verməklə əsil həqiqəti Elxan müəllimdən gizləməyi bacarıb. Hətta,  Hacıbaba Adil oğlu Babayevin də başçıya yalan məlumatlar verdiyi verilən məlumatlar sırasındadır.

Bəs qanunun NƏYİ TƏLƏB EDİR?

Tikinti məqsədi ilə icazə almadan tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmçinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikili də özbaşına tikinti hesab olunur.

Qeyd olunan tələbləri pozan, qanunvericiliyə uyğun olmayan tikinti işləri həyata keçirən şəxslər İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə görə, 500 manatdan 5000 manatadək cərimə edilir. Hətta qanun pozuntusunun ciddiliyindən asılı olaraq Cinayət Məcəlləsinin 188-ci maddəsinə görə, 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

 

Jurnalist araşdırmalarımız davam edir.

 Azia.az,

Araşdırma qrupu.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi