Zərifliyin yeni simvolu: Sixteen Collection-dan qadınlara özünü fərqli hiss etdirən əl işi gül saç aksesuarları
Zərifliyin yeni simvolu: Sixteen Collection-dan qadınlara özünü fərqli hiss etdirən əl işi gül saç aksesuarları
Son dövrlərdə fərdiliyi ön plana çıxaran aksesuarlar moda dünyasında xüsusi yer qazanır. Məhz bu yanaşmanı əsas prinsip seçən Azərbaycan brendi Sixteen Collection, qadınların özünü daha zərif, özünəinamlı və fərqli hiss etməsi üçün xüsusi dizayn edilən əl işi gül saç aksesuarlarını təqdim edir.
Brendin hər bir modeli yüksək keyfiyyətli silikon və parça güllərdən hazırlanır. Materialların keyfiyyəti sayəsində aksesuarlar həm estetik görünüşünü uzun müddət qoruyur, həm də rahat istifadəsi ilə seçilir. Hər bir gül, rəng seçimi və kompozisiya əl ilə hazırlanaraq unikal bir görünüş yaradır.
Sixteen Collection-un məqsədi sadəcə saç aksesuarı hazırlamaq deyil. Brend inanır ki, bəzən kiçik bir detal qadının bütün obrazını dəyişə, ona özünü daha xüsusi və daha zərif hiss etdirə bilər. Məhz buna görə də hər bir zakolka qadınların fərqliliyini vurğulamaq və onların öz üslubunu ifadə etməsinə kömək etmək üçün sevgi və incə zövqlə dizayn olunur.![]()
Bu aksesuarlar gündəlik kombinlərdən tutmuş toy, nişan, fotosessiya, ad günü və digər xüsusi günlərə qədər müxtəlif obrazları tamamlayan zərif bir detal kimi seçilir. Klassik və romantik üslubu sevən xanımlar üçün hazırlanan kolleksiya hər yaşdan olan qadınlara xitab edir.
Əl işi olmasına və premium materiallardan hazırlanmasına baxmayaraq, Sixteen Collection məhsullarını hər kəs üçün əlçatan etməyə çalışır. Brendin gül saç aksesuarlarının qiymətləri 10–25 AZN arasında dəyişir. Bu yanaşma keyfiyyət, estetik görünüş və münasib qiyməti bir araya gətirərək müştərilərə uğurlu seçim imkanı yaradır.
Brend son günlərdə tanınmış modelyer və dizayner Fəxriyyə Xələfova tərəfindən də təqdim olunub. Bu təqdimat Sixteen Collection-un incə sənətkarlığını və zövqlü dizaynlarını daha geniş auditoriyaya tanıdaraq brendə olan marağı artırıb.
Sixteen Collection komandası bildirir ki, onların ilham mənbəyi qadınların təbii gözəlliyi və zərifliyidir. Hər yeni model hazırlanarkən əsas məqsəd yalnız dəbə uyğun aksesuar yaratmaq deyil, onu taxan hər bir qadının özünü daha fərqli, daha zərif və daha xoşbəxt hiss etməsinə töhfə verməkdir.
Əl işinin incəliyini, keyfiyyətli materialları və zərif dizaynı bir araya gətirən Sixteen Collection, müasir Azərbaycan qadınları üçün hazırlanmış, estetik dəyəri yüksək olan saç aksesuarları ilə öz dəst-xəttini formalaşdırmağa davam edir.
Aynur Nurlu