Prezidentin fərmanı hansı dəyişikliklərə səbəb olacaq? - AÇIQLAMA
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Nazirlər Kabineti 6 ay ərzində bir sıra malların, o cümlədən media materiallarının, tez xarab olan məhsulların, canlı heyvanların, radioaktiv maddələrin, müdafiə və təhlükəsizlik təyinatlı yüklərin, eləcə də fövqəladə hallarda zəruri olan malların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını hazırlamalıdır.
Bundan başqa, pandemiya, yoluxucu xəstəliklər, təbii fəlakətlər, digər fövqəladə hallar və sosial xarakterli fövqəladə vəziyyətlər zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti və rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları da hazırlanacaq.
Sadələşdirilmiş gömrük rəsmiləşdirilməsi tətbiq edilən malların siyahısı kifayət qədər əhatəlidirmi? Bundan başqa, hansı mal qrupları da bu siyahıya daxil edilməlidir?
Xəbər verilir ki,mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimli bildirib ki, Prezident Əliyevin imzaladığı fərman gömrük prosedurlarının daha çevik, rəqəmsal və risk əsaslı idarə olunmasına yönəlmiş olduqca mühüm islahatdır.
Onun sözlərinə görə, xüsusilə də zaman amilinin həlledici olduğu mallar üçün gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi logistika xərclərinin azalmasına, təchizat zəncirinin sürətlənməsinə və biznes mühitinin daha rəqabətqabiliyyətli olmasına əhəmiyyətli dərəcədə töhfə verəcək, eyni zamanda da sahibkarları müəyyən zərərlərdən qoruyacaq:

“Bu qərarın qəbulunu zəruri edən əsas səbəblərdən biri praktikada mövcud olan problemlər idi. Bir sıra hallarda gömrük rəsmiləşdirilməsi malların xüsusiyyətlərinə uyğun çeviklik nümayiş etdirə bilmirdi. Xüsusilə də tez xarab olan məhsullar, canlı heyvanlar və təcili çatdırılması tələb olunan məhsullar üçün, yüklər üçün yaranan gecikmələr də məhsul itkisinə, əlavə logistika və saxlanma xərclərinə, eləcə də müqavilə öhdəliklərinin pozulmasına gətirib çıxarırdı. Bir dəfə baş vermişdi, rastlaşmışdım, balıq yemi gəlib gömrükdə qalmışdı və xarab olmuşdu. Və belə hallar həqiqətən də sahibkara da zərər vurmuşdu və ciddi dövlət qurumları ilə, gömrük qurumu ilə sahibkar arasında problemlərə gətirib çıxartmışdı.
Digər mühüm problem də sənədləşmə prosesinin çoxmərhələli olması idi. Eyni məlumatların müxtəlif dövlət qurumlarına və yaxud da elektron platformalara dəfələrlə təqdim edilməsi sahibkarda həm vaxt itkisi yaradırdı, həm də əlavə inzibati xərclərlə üzləşməsinə gətirib çıxardırdı. Belə hallarda da laboratoriya ekspertizalarının, müxtəlif icazələrin və təsdiqləyici sənədlərin alınmasının uzun çəkməsi malların sərhəd-keçid məntəqələrində saxlanmasına səbəb olurdu. Bu isə xüsusilə istehsal müəssisələri üçün xammal çatışmazlığı ola bilərdi, sonra istehsalın ləngiməsi ola bilərdi və əlavə anbar xərcləri yaradırdı. Eyni zamanda, nəqliyyat vasitələrinin də sərhəddə uzun müddət gözlənməsi beynəlxalq daşıma qrafiklərini pozurdu və Azərbaycanın tranzit marşrutu kimi ön planda, ön sıralarda gedən bir marşrut rəqabət üstünlüyünə də mənfi təsir göstərirdi. Məhz bu baxımdan da sadələşdirilmiş gömrük prosedurlarının, gömrük rəsmiləşdirilməsinin tətbiqi həm sahibkarın əməliyyat xərclərinin azalmasına gətirib çıxardacaq, həm də dövlətin logistika və tranzit imkanlarının genişlənməsinə xidmət edəcək”.
Mütəxəssis qeyd edib ki, gömrük rəsmiləşdirilməsi prosesinin tətbiq edildiyi mallar siyahısı genişləndirilə bilər:
“Hazırki siyahıya daxil edilən materiallar tez xarab olan məhsullar, canlı heyvanlar, radioaktiv maddələr, müdafiə və təhlükəsizlik təyinatlı yüklərdir. Eləcə də fövqəladə hallarda zəruri hesab olunan mallar prioritet kateqoriyalar hesab olunabilir. Ama düşünürəm ki, gələcək mərhələdə bu siyahının daha da genişləndirilməsi məqsədəuyğundur. Hardansa başlamaq lazım idi, bundan sonra praktikada düşünürəm siyahı da genişləndiriləcək.
Xüsusilə də yüksək texnologiyalar, avadanlıqlar və elektron komponentlər, sənaye müəssisələri üçün istehsal xammalı və ehtiyat hissələri, dərman preparatları və tibbi təyinatlı avadanlıqlar, kənd təsərrüfatı istehsalı üçün toxum, ting, gübrə kimi məhsullar və digər mövsümi aqrar resurslar, həmçinin də ixrac yönümlü müəssisələrin istehsal prosesində istifadə etdiyi kritik komponentlər də sadələşdirilmiş gömrük prosedurlarından faydalanmalıdır. Çünki bu məhsullar üzrə gecikmələr istehsalın dayanmasına, ixrac müqavilələrinin pozulmasına və müəssisələrin maliyyə itkilərinə səbəb olur”.
A.İbrahimov nəzərə çatdırıb ki, buna paralel olaraq da prosedurların sadələşdirilməsi müəyyən risklər də yarada bilir, onu da unutmamalıyıq:
“Bunlar malların yanlış bəyan edilməsi, gömrük dəyərinin aşağı göstərilməsi, qaçaqmalçılıq riskinin artması, sanksiya rejimlərinin pozulması, eləcə də təhlükəsizlik tələblərinə uyğun olmayan məhsulların ölkəyə daxil olması məsələləridir. Düşünürəm ki, bu siyahılar hazırlananda bütün meyarlar üzrə alt-üst limitlər dəqiq müəyyən olunmalıdır. Məhsulun növü, sinfi, kateqoriyası, kodu düzgün daxil edilməlidir ki, bu məsələ hansısa bir gömrük məmurunun ümidinə qalmasın və yaxud da sahibkarın ümidinə qalmasın. Konkret olaraq prosedur düzgün formada işləsin və cənab Prezidentin imzaladığı sərəncamdan sahibkarlar da faydalansın, hökumətimiz də faydalansın”.