azia.az
azia.az

O, Türkiyənin ilk qadın generalı OLDU

Bu gün, 00:30

Polkovnik Özləm Karapınar Türkiyə Hərbi Hava Qüvvələrinin tarixində general-mayor hərbi rütbəsinə yüksələn ilk qadın oldu.

Xəbər verilir ki, bununla bağlı qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şuranın iclasında qəbul edilib.

Ümumilikdə, Türkiyə Silahlı Qüvvələrinin 69 polkovnikinə general və admiral rütbələri verilib. Onların arasında Türkiyə tarixində ilk kosmonavt Alper Gezeravcı da var.

Beləliklə, avqustun 30-dan etibarən Türkiyə Silahlı Qüvvələrinin sıralarında xidmət edən general və admiralların sayı 334-ə çatacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi