Araz Musayev vurulmazdan öncə bu məmurla bağlı paylaşım edibmiş — ŞOK DETALLAR
Azia.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Bununla bağlı yayılan videoda A.Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Araz Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətini həkimlər ağır qiymətləndirir.
Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Xəbər verdiyimiz kimi, Muay-Tay Federasiyasının sədri Araz Musayev Antalyada bıçaqlanıb.
Azia.az xəbər verir ki, Ajans.az-ın əldə etdiyi məlumata görə, o, bu gün səhər saatlarında “WhatsApp” platformasında paylaşım edib.
O paylaşdığı statuslarda Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovu ittiham edib. A. Musayev bildirib ki, E. Məmmədov muay-tay idmançılarının qarşısını almaq istəyir.