azia.az
azia.az

Dörd dərmanın qiyməti aşağı salınıb, 46-sının qiymətinin yuxarı həddində dəyişiklik edilib

2-01-2025, 13:09

Yeni dövlət qeydiyyatına alınan 303 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.

Bu barədə Tarif Şurasının iclasında qərar qəbul edilib.

Eyni zamanda, 4 dərman vasitəsinin qiyməti aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 46 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının (

www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (

www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi