MEK “Prezident İlham Əliyev” adlı virtual sərgini təqdim edir
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günü münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) fondlarındakı nəşrlərdən ibarət virtual sərgi hazırlayıb.
Sərgidə təqdim edilmiş Azərbaycan və xarici dillərdə “Böyük Qayıdış: Post müharibə dövründə siyasət və etika məsələləri”, “Heydər Əliyev – İlham Əliyev: müasir Azərbaycanın liderlik fəlsəfəsi və dövlətçilik təcrübəsi”, “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” 3 cilddə, “Siyasi varisliyin uğur formulu”, “Yeni Azərbaycan Partiyası: Heydər Əliyev Dühası və Siyasi Varislik”, “Əliyev, İlham Heydər oğlu. İnkişaf-məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar”, “Azərbaycan ədəbiyyatında vətən və dövlətçilik məfkurəsinin intibahı: Heydər Əliyevdən – İlham Əliyevə” və digər nəşrlərdə dahi və müdrik ölkə başçısının misli görünməmiş zəfərləri və bu zəfərlərin səbəbləri şərh olunub, müasir Azərbaycanı güclü dövlətə çevirən ideyaları, modernləşmə xəttində azərbaycançılığa siyasi-sosioloji baxışı, postmüharibə dövrünün milli prioritetləri öz əksini tapıb.![]()
Bundan əlavə, virtual sərgidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyəti, fotoları, çıxışları, haqqında deyilən dəyərli fikirlər də yer alıb.
İctimaiyyətlə əlaqələr şöbəsi