azia.az
azia.az

“Qıza o qədər deyirlər, ağrılı prosesdir…”-YENGƏ....

25-09-2024, 07:11

Klinik psixoloq-seksoloq Təhmasib Cavadzadə ilə müsahibəni təqdim edirik:


Təəssüf ki, bu gün subayların ailə həyatına, xüsusilə toy gecəsinə hazır olmaması ciddi problemlərə gətirib çıxarır. İnsanların bu problemi aşa bilməməsinə səbəb nədir?



Onları çox qorxudurlar. Hər şey insanın özündən asılıdır. İnsanların məlumatsızlığı, həm oğlan evi, həm qız evi o qədər təzyiq edir ki, bu da özünü seksual həyatda göstərir. Ümumiyyətlə bu yengə məsələsi var ki, mən bunu ciddiyə almıram. Qıza o qədər deyirlər ki, dəhşət olacaq, ağrılı prosesdir və s. qız bütün bu prosesi özü üçün qorxulu bir günə çevirir. Bu da ona gətirib çıxarır ki, toy gecəsi qızların əksəriyyətində vaginizm yaranır. Yəni qızın cinsi orqanı gərginlikdən özünü qapadır və açılmır. Bu qeyri-ixtiyarıdır, əzələlər sözə baxmır.


Oğlanlar isə vəziyyətdən necə çıxacağını, qohum-əqrəba nə deyəcəyini, qızın xoşuna gəlib-gəlməyəcəyini düşünür. Beyin lazımsız şəkildə dayanmadan işləyir və onun da vəziyyətinə təsir edir. Adam var ki toyundan bir gün qabaq gəlir ki, mənə kömək elə. Necə edim? Bu bir seansa həll olunacaq məsələ deyil axı. Bizim işimiz insanın bu proses zamanı fikirlərini tənzimləyib seksual davranışların düzgün olmasına kömək etməkdir. Məsələn, pasiyentlərim olub ki, ilk dəfə birlikdə olublar və artıq 6 ilə yaxındır ailəlidirlər lakin həmin günün travması səbəbindən seksual həyatları bərbaddır. Bu proses çox mürəkkəbdir. Tərəflər seksual həyatda bir-birinə uyğunlaşa bilməyəndə bu ehtirasa da təsir edir və insan həm partnyorundan, həm də seksdən uzaqlaşır. Bir dəfə uğursuz oldusa vəssalam, daha onlar buna cəhd etməyəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi